İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Səhiyyə Nazirliyi

Haqqımızda

1918-ci il may ayının 28-də Fətəli Xan Xoyskinin rəhbərliyi ilə Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaradıldı. Xalq Cümhuriyyəti Hökumətinin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar oldu. Nazir vəzifəsinə 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edildi.

Heydər Əliyevin əsasını qoyduğu işlərin bir hissəsi müvəqqəti olaraq təxirə salınsa da, o öz ideyalarını 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra yenidən həyata keçirməyə başladı.
 
Həmin ildən səhiyyədə radikal islahatların həyata keçirilməsi üçün zəruri olan qanunvericilik bazası təkmilləşdirildi. 1993-2000-ci illərdə səhiyyə sahəsində bir sıra fundamental qanunlar («Əhalinin sağlamlığının qorunması haqqında», «Qan və onun komponentlərinin donorluğu haqqında», «İnsanın immunçatışmazlığı virusunun törətdi xəstəliyin (AİDS) qarşısının alınması haqqında», «Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında» və s.) qəbul edildi.
 
Ümummilli liderin başladığı işlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Bu gün Səhiyyə Nazirliyi ölkə başçısının sosial yönümlü siyasətini əzmlə və müvəffəqiyyətlə həyata keçirir. Səhiyyədə yeni islahatlar, qanunverici bazanın təkmilləşdirilməsi, təbabətin sosial əhəmiyyətli sahələrində milli fəaliyyət proqramlarının qəbul edilməsi, ölkənin elmi-tibbi potensialının gücləndirilməsi bu gün Azərbaycan səhiyyəsinin əsas inkişaf istiqamətlərindəndir. Hal-hazırda yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, yeni avadanlıqlarla təchizatı bugünkü səhiyyəmizin yüksəlişinin təzahürləridir.

Təlimçi - instruktorlar

Kurslarımız

Mövzular