İnformasiya Texnologiyaları

Komputer elmləri

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

Şəxsi inkişaf

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

ÜMİDLİ GƏLƏCƏK Sosial Təşəbbüslər İB

Haqqımızda

Ümidli Gələcək Gənclər Təşkilatı 1998-ci ildə Azərbaycanın müxtəlif ali məktəblərinin bir qrup tələbəsi tərəfindən yaradılmış və 1999-cu ilin yanvar ayının 15-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ictimai birlik kimi qeydiyyata alınmışdır.

Yarandığı gündən Ümidli Gələcək ölkəmizin fəal gənclərini öz ətrafında birləşdirərək demokratik, açıq, sağlam, təhlükəsiz vətəndaş cəmiyyəti quruculuğu, əhalinin zəif təbəqələrindən olan ahıllar, uşaqlar, əlillər, qaçqın və məcburi köçkünlərə və s. yardımın göstərilməsi, uşaq və gənclər üçün asudə vaxtın təşkili, mədəniyyət və incəsənətin, təhsilin inkişaf etdirilməsi istiqamətində çalışır.

Ümidli Gələcək Gənclər Təşkilatının fəaliyyət coğrafiyası:
Ümidli Gələcək təşkilatı müxtəlif ali təhsil məktəblərindən olan 70 nəfərə yaxın gənci və peşəkar mütəxəssisləri birləşdirir. Hazırda təşkilat Bakı ilə yanaşı, regionlarda çalışan gəncləri və fəal vətəndaşları ictimai işə cəlb etmək və bölgələrdə mövcud olan problemlərin həllində onların iştirakını təmin etmək məqsədilə Mingəçevir, Gəncə, Quba, Ağcabədi, Ucar, Lənkəran, Şəki və Sumqayıt şəhər və rayonlarında bir çox layihələr həyata keçirir. 
Missiya:
Azərbaycanın proqressiv və fəal gənclərini və gənc mütəxəssislərini birləşdirərək, səylərini sivil, demokratik, açıq, təhlükəsiz və sağlam cəmiyyət qurmağa yönəltməkdir.

Strateji istiqamətlər:
Ümidli Gələcək Gənclər Təşkilatı vətəndaş fəallığı və icma iştirakının inkişaf etdirilməsi və vətəndaş cəmiyyətinin qurulması naminə çalışır. İcmaların və bələdiyyələrin fəaliyyətini dəstəkləmək və yerli inkişafa nail olmaq məqsədi ilə, təşkilat Azərbaycanın müxtəlif şəhər və kəndlərində yerli icmaların bütün maraqlı tərəflərinin birgə iştirakı əsasında təlim-tədris, maarifləndirmə proqramları həyata keçirməklə icma daxilində qadınlar, gənclər və uşaqların rolunu gücləndirməyə çalışır. Ümidli Gələcək gənclər və qadınların ictimai dialoqlarda, dövlət siyasətinin formalaşdırılmasında, qərarların qəbulu prosesində və siyasət aləmində onların fəal iştirakını təmin etmək məqsədilə müxtəlif tədris proqramları təsis edir və liderlik imkanlarının artırılmasına rəvac verir, qadın və gənclər məsələləri ilə məşğul olan bütün maraqlı tərəflər arasında əməkdaşlığı inkişaf etdirir.

Təlimçi - instruktorlar

Fərid İsrafilzadə

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi / Sosioloq

Shakir Meherrem

/

Kurslarımız

Mövzular

İctimai səhiyyə