İnformasiya Texnologiyaları

Komputer elmləri

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

Şəxsi inkişaf

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Elmi Tədqiqat Kardiologiya İnstitutu

Haqqımızda

Azərbaycan Respublikası Səhiyyə Nazir­liyinin Elmi-Tədqiqat Kardiologiya instututu 1979-cu ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə açılmışdır. Elmi-Tədqiqat Kardiologiya İnstitutuna akademik Cahangir Məmməd oğlu Abdullayevin  adı verilmişdir.

1979-cu ildən fəaliyyətə başlamış Kardiologiya institutu bütün bu müddət ərzində böyük inkişaf yolu keçmişdir və hazırda bu müəssisə böyük elmi potensiala və klinik-praktik təcrübəyə malikdir. Fəaliyyət göstərdiyi müddətdə istər klinik, istərsə də elm sahəsində öz töhfələrini vermiş və verməkdə davam edir.  Qeyd etmək lazımdır ki, şöbədə yüksək ixtisaslı, təcrübəli, peşəkar,  təkmilləşmə kursları keçmiş yüksək səviyyəli həkim kollektivi çalışır, eyni zamanda elmi işçilər tərəfindən elmi- tədqiqat işləri aparılır. Son ildə institutun rəhbərinin effektiv və məqsədyönlü fəaliyyəti sayəsində maddi-texniki baza yenilənmiş, bütün şöbələr yeni və müasir avadanlıqlarla təchiz olunmuşdur.  

İnstitutda 6 elmi, 4 klinik şöbə, eyni zamanda elmi məlumat və təşkilati metodik şöbə, laboratoriya fəaliyyət göstərir. Burada 79 elmi işçi çalışır. Onlardan 9–u tibb üzrə elmlər doktoru, 24–ü tibb üzrə fəlsəfə doktorudur. İnstututun klinik şöbəsi 100 çarpayıdan ibarət olub, xəstələrin tam ixtisaslaşmış müalicə almaları üçün lazımi texniki vasitələr və dərman ləvazmatları ilə təmin edilmişdir.

2006-cı ildə AMEA-nın Rəyasət Heyəti Elmi-Tədqiqat Kardiologiya İnstitutunun elmi fəaliyyətinin istiqamətlərini 2006-2020-ci illərə qədər təsdiq etmişdir. İstiqamət “Azərbaycan Raspublikası əhalisinin sağlamlığının və xəstəliklərinin regionar xüsusiyyətləri: monitorinq, epidemiologiya, müalicə və profilaktika üsullarının təkmilləşdirilməsi, Azərbaycan Respublikasında ürək-damar sistemi xəstəliklərinin  monitorinqi, diaqnostika, müalicə, birincili və ikincili profilaktika məsələlərinin təkmilləşdirilməsi”ndən ibarətdir. İnstitutda “Ürək-damar sistemi xəstəliklərinin (xroniki ürək çatışmazlığı, hipertoniya xəstəliyi, ürəyin işemik xəstəliyi, aritmiyalar) epidemiologiya, diaqnostika və profilaktikasının genetik və gender xüsusiyyətləri və müalicəsinin optimallaşdırılması”, “Əqli əməklə məşğul olan işçilərin  mütəşəkkil populyasiyasında ÜDX-nin  profilaktikası üzrə tədbirlərin optimal sxemlərinin işlənib hazırlanması və tətbiqi”, “Azərbaycan Respublikasının əhalisi araında hipertoniya xəstəliyinin əmələ gəlməsində, inkişafında və gedişində bəzi irsi-genetik amillərin əhəmiyyətinin öyrənilməsi”, “Metabolik sindromla yanaşı gedən ürəyin işemik xəstəliyi zamanı aritmiyaların rastgəlmə tezliyinin öyrənilməsi və müalicəsinin korreksiyası”, “Ürəyin işemik xəstəliyi olan xəstələrdə böyrək çatışmazlığının inkişaf səbəbləri və hemodializ fonunda ürəyin remodelləşməsi xüsusiyyətləri”, “Miokardın erkən repolyarizasiyası olan məktəb yaşlı uşaqlarda miokardın elektrik qeyri stabillik risk faktorlarının xüsusiyyətləri” mövzusunda tədqiqat işləri aparılır.

2019-cu ildə Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Azərbaycanda ilk dəfə olaraq xroniki ürək çatışmazlığı olan xəstələr və onların qohumları üçün geniş reabilitasiya proqramı başlanılıb, belə xəstələr üçün məktəb yaradılıb. Məktəbdə dərslərdə xəstəliyin səbəbləri, simptomları, düzgün həyat tərzinin aparılması və vəziyyətlərinə uyğun pəhrizin saxlanılması yolları izah olunur. Proqrama kliniki kardioloqlar, psixoloqlar, reabilitoloqlar, diyetoloqlar, endokrinoloqlar cəlb olunmuşdur.

Təlimçi - instruktorlar

Kurslarımız

Mövzular

İctimai səhiyyə Kardiologiya