İnformasiya Texnologiyaları

Komputer elmləri

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

Şəxsi inkişaf

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Azərbaycan Tibb Universiteti

Haqqımızda

Azərbaycan Tibb Universiteti - minlərlə tələbəni öz ətrafında birləşdirən, əhalinin sağlamlığının keşiyində duran peşəkar həkim və mütəxəssislər, həmçinin alimlər yetişdirən elm ocağıdır. Burada tədris prosesi birbaşa olaraq elmi tədqiqatlar, səhiyyədə əldə olunan nailiyyətlər ilə sıx əlaqəlidir. Azərbaycan Tibb Universiteti (ATU) 1930-cu ildə Bakı Dövlət Universitetinin (BDU) tibb fakültəsinin bazası əsasında yaradılmışdır. Bu baxımdan, BDU-nun tibb fakültəsinin varisi sayılan universitetimiz özündə az qala 100 illik bir tarixi ehtiva edir. Yarım əsrdən çoxdur fəaliyyətdə olan Azərbaycan Tibb Universiteti hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanası, klinika və laboratoriyaları ilə Azərbaycanın ən iri elm və tibb ocağıdır. Universitetimizin elmi-tədqiqat laboratoriyaları müasir cihaz və avadanlıqla təchiz edilmişdir ki, bu da elmi axtarışların əhəmiyyətini artırmağa, tibb sahəsində kifayət qədər kadr potensialı yaratmağa imkan yaradır. ATU-nun hazırda mövcud olan 4 klinikaları ilə yanaşı, 6 tədris binası, inzibati binası, 1700 yerlik 6 tələbə yataqxanası vardır. Təkcə 11 mərtəbəli müasir tipli tədris binası 2500 tələbəni qəbul etmək imkanına malikdir. Burada universitetin bir sıra nəzəri kafedraları, internet mərkəzi, 1 milyona yaxın kitab ehtiyatı olan unikal kitabxanası və "Təbib" nəşriyyatı yerləşir.

TƏDRİS SİSTEMİ. 

Azərbaycan Tibb Universiteti dünyanın qabaqcıl ölkələrində uğurla sınaqdan çıxmış kreditli təhsil sistemini tətbiq edir. Bolonya prosesində kredit sisteminin tətbiqi tələbə və müəllim mobilliyinin genişlənməsinə, tələbələrin fənn və müəllim seçiminə və öz maraqlarına görə ixtisaslaşmalarına imkan verir. 2006/2007-ci tədris ilindən etibarən Azərbaycan Tibb Universitetinin tibbi-profilaktika, əczaçılıq fakültələrində, 2009-2010-cu tədris ilindən etibarən stomatologiya, 2010-2011-ci tədris ilindən isə müalicə-profilaktika və pediatriya fakültələrində tibb təhsilinin tədrisi kredit sistemi ilə aparılır. 2009-cu ilin iyun ayında Azərbaycan Respublikasının “Təhsil qanunu”nun qəbul edilməsi təhsilin kredit sisteminə keçidinə, həmçinin diplomdan sonrakı hazırlığın rezidentura sistemi ilə aparılmasına əlverişli şərait yaratmışdır. Bu qanun elmi və pedaqoji kadrların hazırlığını yeni qaydalar üzrə aparmağa istiqamət verir. ATU-da kredit sisteminin tətbiqi ilə əlaqədar yeni tədris planları, fənn modulları hazırlanmış, tələbələr və valideynlərin müəllimlər və digər əməkdaşlarla birgə müşavirələri keçirilir. Kredit sistemi ilə tədrisin koordinasiyası üçün fakültələrdə tədris məsləhətçiləri - tyutorlar fəaliyyət göstərir. Ümumiyyətlə, Azərbaycan Tibb Universitetinin tədris hissəsi gündəlik fəaliyyətində Azərbaycan Respublikasında “Təhsil haqqında” Qanuna, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanununa, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərmanına, habelə Azərbaycan Respublikası Səhiyyə və Təhsil nazirliklərinin müvafiq əmr və sərəncamlarına istinad edir.

Təlimçi - instruktorlar

Nabil Seyidov

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi / Səhiyyə siyasəti və planlaşdırma şöbəsi

Rəna Şirəliyeva

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu / Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri

Mustafa Fazıl Gelal

İzmir Katip Çelebi Üniversitesi Atatürk Eğitim ve Araştırma Hastanesi /

Ahmet Memiş

Respublika Müalicəvi Diaqnostika Mərkəzi / şöbə müdiri

Məlahət Sultanova

/

Fərid Əliyev

/

Azər Fərəcov

/

Aytən Məmmədbəyli

/

Eldar Qasımov

/

Yunus Əfəndiyev

/

Kerim Aslan

/

Rəhimə Qabulova

/

Ajbanis Murtuzova

/

Rüstəm Hüseynov

/

Mövzular