İnformasiya Texnologiyaları

Komputer elmləri

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

Şəxsi inkişaf

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Haqqımızda

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) 1930-cu ildən fəaliyyət göstərir.

ADBTİA - bədən tərbiyəsi və idman sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlandığı ali təhsil müəssisəsidir. ADBTİA-da bakalavriat səviyyəsində aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirilir (azərbaycan və rus dillərində):

  • Məşqçi (idman növü üzrə; əyani və qiyabi)
  • Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (əyani)
  • Bədən tərbiyəsi və idmanda reabilitasiya (əyani və qiyabi)
  • İdman menecmenti və kommunikasiya (əyani və qiyabi)

Magistratura səviyyəsində azərbaycan və ingilis dillərində aşağıdakı ixtisaslar və ixtisaslaşmalar üzrə magistr proqramları həyata keçirilir:

  • Bədən tərbiyəsi və idman. İxtisaslaşmalar:
    • İdman məşqinin nəzəriyyəsi və metodikası (azərbaycan dilində, əyani)
    • Fiziki tərbiyənin nəzəriyyəsi və metodikası (azərbaycan dilində, əyani)
    • Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat (azərbaycan dilində,əyani)
  • İdman menecmenti (ingilisdilli, əyani)
  • İdman jurnalistikası (ingilisdilli, əyani)
  • İdman tibbi və reabilitasiya (ingilisdilli, əyani, rezidenturanı bitirmiş həkimlər üçün)

ADBTİA-da müasir media mərkəzi və elmi-tədris laboratoriyası fəaliyyət göstərir.

Təlimçi - instruktorlar

Kurslarımız

Mövzular