İnformasiya Texnologiyaları

Komputer elmləri

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

Şəxsi inkişaf

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

Haqqımızda

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) həkimlərin və əczaçıların elmi texniki tərəqqinin müasir səviyyəsində dünya və ölkənin təhsil standartlarına uyğun ixtisas artırma və kadrların yenidən hazırlanmasını təmin edən müəssisədir. İnstitut 20 noyabr 1935-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Xalq Səhiyyə Komissarlığının təşəbbüsü ilə yaradılmışdır. Bu dövrdə artıq Azərbaycanda Tibb İnstitutu mövcud idi və ölkə üçün xeyli ali təhsilli mütəxəssislər hazırlamışdır. O vaxtlar Azərbaycanın ali tibb təhsili sistemi Sovet İttifaqının təcrübəsi əsasında formalaşmış və onun tərkib hissəsi idi. Bu sistemin əsasını tibb institutlarında bir neçə ümumi ixtisas üzrə həkimlərin diploma qədər təhsilini təmin etmək təşkil edirdi və onların məzunları ixtisaslarını artırmaq və yeni ixtisaslara yiyələnmək üçün mütləq diplomdan sonra xüsusi təhsil almalı idilər. Azərbaycanda işləyən və hazırlanan həkimlərin diplomdan sonrakı hazırlığına böyük ehtiyac yaranmışdı və bu zərurətdən irəli gələrək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu təşkil olundu. İnstitutun təşkilində azərbaycanlı mütəxəssislər, Z.M.Məmmədov, M.M.Əfəndiyev, H.K.Əliyev və digərləri ilə yanaşı, Rusiyanın bir sıra alimləri V.A.Tornoqradski, P.P.Popov və s. də iştirak etmişdilər. ADHTİ-nin tarixinin bir çox şanlı səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. Ə.Əliyev Azərbaycan SSR-nin səhiyyə naziri, Azərbaycan KP MK-nın katibi və Dağıstan KP-nın rəhbəri vəzifəsində işləmişdir. Qafqazın müdafiəsinin təşkilində fəal iştirak etmişdir. 1962-ci ildə Əziz Məmməd oğlu Əliyevin əbədi xatirəsi və böyük əməyinə olan məhəbbət ifadə olunaraq instituta onun adı verildi. Müxtəlif illərdə Azərbaycanda və SSRİ-də böyük nüfuzə malik alimlər: V.A.Tornoqradski, M.İ.Əliyev, B.A.Ağayev, Ə.M.Əliyev instituta rəhbərlik etmişlər. Son 34 ildir ki, instituta tibb elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının həqiqi üzvü, Russiya Tibb Akademityasının müxbir üzvü, əməkdar elm xadimi, Azərbaycanın və SSRİ-nin Dövlət Mükafatları laureatı, Azərbaycanın "ŞÖHRƏT" ordeni ilə təltif olunmuş, dünya şöhrətli uroloq-alim Mirməmməd Cavad oğlu Cavad-zadə 34 il rəhbərlik edib.

Hazırda institutun professor-müəllim heyəti içərisində Azərbaycanın, Rusiyanın və digər xarici ölkələrin Elmlər Akademiyalarının həqiqi, müxbir və fəxri üzvləri, 34 elmlər doktoru, 127 elmlər namizədi, 8 əməkdar elm xadimi, 8 əməkdar həkim çalışır. Bunlardan «Şöhrət» ordeni və «Tərəqqi» medalı ilə təltif olunmuşlar da var. Bu illərdə institutn maddi-texniki bazası möhkəmləndirilmiş, elmi-pedaqoji mütəxəssislərin hazırlığı daha da mükəmməlləşdirilmişdir, 40 doktorluq və 130 namizədlik dissertasiyaları müdafiə olunmuş, 70-ə yaxın respublikadan və xaricdən aspirant, 160-a yaxın kliniki ordinator hazırlanmışdır. ADHTİ-də aparılan elmi-tədqiqat işlərinin nəticələri və təhsil sahəsində təcrübələri onun bazasında bir sıra ittifaq və beynəlxalq konfransların, simpoziumların və digər tədbirlərin keçirilməsinə imkan verir. İnstitutda aparılan tədqiqatların təcrübədə tətbiqi üçün vahid prinsip «tədqiqat-tədris və tətbiq» əsasında həkimləri elmin müasir nailiyyətləri ilə tanış edir. 2009-cu ildən instituta tibb elmləri doktoru, dermatovenerologiya kafedrasının müdiri, professor Kərimov Sənan Hüsi oğlu rəhbərlik edir.

Son illərdə institut xarici əlaqələrini daha möhkəmləndirmiş, institutun vəsaiti hesabına 25 nəfərə qədər müəllimlərin xaricdə təhsillərini təkmilləşdirməsinə imkan yaradılmışdır. İnstitutda xarici ölkələrin mütəxəssislərinin iştirakı ilə beynəlxalq konfransların keçirilməsi ənənə halını almışdır. Eyni zamanda, ölkənin həkim-mütəxəssislərinin Moskva, Sankt-Peterburq və s. şəhərlərin adl-sanlı professorları tərəfindən təkmilləşdirilməsi müvəffəqiyyətlə həyata keçirilir. Mühazirələrin, praktik məşğələlərin yüksək səviyyədə aparılması üçün kafedraların əksəriyyəti müasir avadanlıqlarla təchiz olunur.

Təlimçi - instruktorlar

Nabil Seyidov

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi / Səhiyyə siyasəti və planlaşdırma şöbəsi

Rəna Şirəliyeva

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu / Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri

Azər Fərəcov

/

Aytən Məmmədbəyli

/

Yunus Əfəndiyev

/

Andreas Petropoulos

/

Konstantinos Kyriazis

/

Mövzular