İnformasiya Texnologiyaları

Komputer elmləri

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

Şəxsi inkişaf

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Qrip və SARS-CoV-2 virus infeksiyalarının menecmenti

5.00(1)

Ümumi məlumat

24 dekabr 2020-ci il tarixində Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, və Uptodate in Medicine-nin təşkilatçılığı ilə “Kəskin Respirator Xəstəliklərin Menecmenti. Qrip və Sars-Cov-2 Virus İnfeksiyalarının Differensial Diaqnostikası" təlimi keçirilmişdir. Təlimin məqsədi COVID-19 pandemiyası dövründə tibb işçilərinin yerli mütəxəssislərin təcrübələrindən istifadə edərək təkmilləşdiriliməsi, yeni növ koronavirus və qrip virus infeksiyalarının differensial diaqnostikasının öyrənilməsi və COVID-19 xəstəliyi ilə mübarizədə müxtəlif ixtisaslı həkimlərin bilik və bacarıqlarının artırılmasıdır. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşlarının mühazirəçi kimi iştirak etdiyi bu təlim Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş və 4 DTT kredit balı ilə dəyərləndirilmişdir. Təlimdə 350 nəfərə yaxın anestezioloq-reanimatoloq, immunoloq, kardioloq, ailə həkimi, infeksionist, terapevt, pediatr, tibb bacısı və s. ixtisaslı tibb işçiləri iştirak etmişdir.

Kursun məqsədi

Təlimin keçirilməsində məqsəd epidemiyalar dövründə cəmiyyətdə və tibb müəssisəsində infeksiyaların profilaktikası və nəzarəti işinin təşkili, koronavirus və qrip infeksiyalarının yayılmasında icma əsaslı tədbirlərin həyata keçirilməsi, qrip və SARS-CoV-2 virus infeksiyalarının differensial diaqnostikası kimi vacib mövzularda tibb işçilərinin bilik və bacarıqları artırılmaısdır.

Kursda əhatə olunan mövzular

Qrip və SARS-CoV-2 virus xəstəliklərinin differensial diaqnostikası Kəskin respirator xəstəliklər və onların müasir menecmenti COVİD19 xəstəliyinin ambulator şəraitdə müalicəsinin əsas prinsipləri

Auditoriya

reanimatoloq, təcili tibbi yardım həkimi, endokrinoloq, ailə həkimi, pediatr, nevroloq, nefroloq, psixiatr, mama-ginekoloq, radioloq, neonatoloq, anestezioloq, uroloq, onkoloq, anestezioloq, qastroenteroloq, pulmonoloq, cərrahlar, İdmançı, Həkimlər, Fizioterapevt, Kardioloq
Kursun səviyyəsi Yalnız tibb işçiləri üçün
Kursun müddəti 1 gün
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Təlimdə iştirak ödənişsizdir
Kursun reytinqi

Orta istifadəçi reytinqi 5.00(1)

Kursun kateqoriyası Tibb və Səhiyyə