İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

Şəxsi inkişaf

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Mülki və hərbi travmalarda ilk yardım kursu

5.00(1)

Ümumi məlumat

İctimai Səhiyyə və İslahatlar Mərkəzi, AHA İnternational Training (Uptodate in Medicine) mərkəzinin təşəbbüsü ilə ön cəbhədə yardım etmək istəyən həkimlər, həkim-rezidentlər, tibb bacıları və ön cəbhədə yardım etmək istəyən könüllü siravi vətəndaşlar üçün " HƏRBİ VƏ MÜLKİ TRAVMALARDA İLK YARDIM KURSU " ödənişsiz təlimi.

Kursun məqsədi

Kurs həm nəzəri, həm də praktik (“hands-on”) hissələrdən ibarətdir. İnteraktiv formatda aparıldığından və audio-vizual və digər əyani vəsaitlərdən istifadə edildiyinə görə təlim kursu böyük yaşlı insanlar (“adult education”) üçün yorucu olmur və məlumatların daha yaxşı qavranılmasına imkan verir. Kursu bitirdikdən sonra iştirakçılar aşağıdakıları bacara biləcək: - Həyat üçün təhlükəli vəziyyətlərdin müəyyənləşdirilməsi - Daha təkmil tibbi yardım briqadası gələnədək, həyati vacib ilk tibbi yardım tədbirlərinin görülməsi - Daha təkmil ilk tibbi yardım bacarıqlarını əldə etmək üçün baza bilik və bacarıqların mənimsənilməsi.

Kursda əhatə olunan mövzular

-Travma almış kollapslı xəstələrin menecmenti -Torakal Travma -Başın Travması -Abdominal travma. -Ətrafların Travması -Yanıqlar -Qanaxmaların kontrolu -Onurğanın (Spinal) Travması -Travma almış xəstənin travma zonasından sürətli çıxarılması -Travma almış xəstələrdə ürəyin xarici masajı, maye infuziyası və sınıqların immobilizasiya -Şokun menecmenti

Auditoriya

terapevt, reanimatoloq, təcili tibbi yardım həkimi, endokrinoloq, ailə həkimi, pediatr, nevroloq, radioloq, anestezioloq, cərrahlar, Fizioterapevt
Kursun səviyyəsi Yalnız tibb işçiləri üçün
Kursun müddəti 1 gün
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Təlimdə iştirak ödənişsizdir
Kursun reytinqi

Orta istifadəçi reytinqi 5.00(1)

Kursun kateqoriyası Tibb və Səhiyyə