İnformasiya Texnologiyaları

Komputer elmləri

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

Şəxsi inkişaf

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Kəskin insultun menecmenti. Modul #4.

5.00(1)

Ümumi məlumat

Çoxsaylı tədqiqatlardan məlumdur ki, kəskin insult keçirən pasiyentlərin xüsusi insult mərkəzi və ya tibb müəssisəsinin ixtisaslaşmış insult şöbəsində müalicəsi daha yaxşı klinik nəticələr verir. Bu cür nəticələr insultun növündən asılı deyildir. Belə ki, həm işemik və hemorragik insultlar, həm də subaraxnoidal qanaxması olan pasiyentlərin ixtisaslaşmış insult şöbəsi və ya insult mərkəzində müalicəsi daha əlverişli qısa və uzunmüddətli nəticələrlə əlaqəlidir. İnsult şöbəsi və ya mərkəzinin strukturu və komponentləri, insultun menecmenti üzrə xəstəxanadaxili protokollar ölkədən ölkəyə çox az fərqlənir və sübutlu təbabət prinsiplərinə əsaslanır. İnsultun diaqnostikası və müalicəsi ilə bağlı xüsusi klinik protokollar və alqoritmlərin istifadəsi və keyfiyyət indikatorlarına əsasən davamlı qiymətləndirmə prosedurlarının tətbiqi, qayğının keyfiyyətinin artırılmasına və klinik nəticələrin yaxşılaşmasına əhəmiyyətli təsir göstərir.

Kursun məqsədi

İnsultun menecmenti kursunun əsas məqsədi kəskin işemik və hemorragik insultun menecmentinə dair tibb işçilərinin bilik və bacarıqlarının artırılmasıdır. Kursda Avropa və ABŞ aparıcı insult cəmiyyətləri təlimat və tövsiyələri müzakirə edilir, aparıcı insult mərkəzlərinin təcrübəsi təhlil edilir. Bunu nəzərə alaraq, ATU, İSİM, NMA və Uptodate İn Medicine birgə əməkdaşlıqda, ATU-nun TTK nəzdində pilot olaraq həyata keçirilən "ATU-da İnsultun Menecmentinin Təkmilləşdirilməsi Proqramı. İnsult Mərkəzinin yaradılması Pilot Layihəsi (2019-2020)" çərçivəsində həkimlərin və orta tibb personalının insultun diaqnostikası və menecmenti üzrə bilik və bacarıqlarının artırılması məqsədilə uzunmüddətli təlim kursu tərtib edib.

Kursda əhatə olunan mövzular

Bu modulda kəskin işemik insult və COVİD19, antifosfolipid sindrom, Danimarka və Avstriyada insultun menecmenti, intensiv terapiya şöbələrində kəskin insultun menecmenti və digər aktual məsələlər müzakirə edilir.

Auditoriya

nevroloqlar, neyrocərrahlar, terapevtlər, kardioloqlar, reanimatoloqlar, radioloqlar və insultun menecmentində iştirak edən və ya bu mövzuya maraq göstərən tibb işçiləri
Kursun səviyyəsi Yalnız tibb işçiləri üçün
Kursun müddəti 1 ay
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Modulun gündəliyinə əsasən bütün video mühazirələrin dinlənilməsi, sərbəst mütaliyə üçün tövsiyə edilmiş əsas materialların öyrənilməsi və test suallarının cavablandırılması tələb olunur.
Kursun reytinqi

Orta istifadəçi reytinqi 5.00(1)

Kursun kateqoriyası Tibb və Səhiyyə