İnformasiya Texnologiyaları

Komputer elmləri

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

Şəxsi inkişaf

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Pediatrik COVID-19: İnfeksion Nəzarət və Profilaktika

0.00(0)

Ümumi məlumat

USAİD və UNİCEF-in dəstəyi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, İcbari Tibb Sığorta üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Umidli Gələcək Sosial Təşəbbüslər İB birgə əməkdaşlıqda, COVID-19 pandemiyası dövründə ana və uşaq sağlamlığının qorunması işinin təkmilləşdirilməsi məqsədilə tibb işçiləri üçün vebinarların keçirilməsi planlaşdırılır.

Kursun məqsədi

Təlimlər zamanı iştirakçıların epidemiyalar dövründə cəmiyyətdə və tibb müəssisəsində infeksiyaların profilaktikası və nəzarəti işinin təşkili, koronavirus infeksiyasının yayılmasında icma əsaslı tədbirlərin həyata keçirilməsi, SARS-CoV-2 virusuna yoluxmuş hamilələrin və uşaqların müalicəsinin idarəedilməsinə dair bilik və bacarıqları artırılacaq.

Kursda əhatə olunan mövzular

Yeni növ COVİD-19 virusunun epidemiologiyası, risk faktorları və simptomları. COVİD-19 virusuna dair laboratoriya tədqiqatları: laborator müayinə materialının toplanması, qablaşdırılması və nəqli . Xəstələrin çeşidlənməsi və erkən aşkarlanması, izolyasiya metodları. İSX müəssisələrində və xəstəxanalarda COVİD-19 virusuna dair standart və spesifik yoluxma yollarına əsaslananqorunma qaydaları. Ötürülmə yollarına əsaslanan FQV-dən düzgün istifadə qaydaları. COVİD-19 virsunun səhiyyə xidməti işçilərinə yoluxmasının qarşısının alınmasıstrategiyası. İSX səviyyəsində risk hallarının kommunikasiyası və icmaların cəlb edilməsinin vacibliyi. İcmaların və fərdi şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq məqsədilə məlumatlandırma yolları COVİD-19-a dair preventiv tədbirlər və cavab vermə: infeksiyanı azaltmaq və sağlamlığı dəstəkləmək strategiyaları

Auditoriya

pediatr, ailə həkimi, infeksionist, neonatoloq, mama-ginekoloq, tibb bacısı,
Kursun səviyyəsi Yalnız tibb işçiləri üçün
Kursun müddəti 1 gün
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Təlim kursunda iştirak etmək üçün öncədən qeydiyyatdan keçmək tələb olunur. Təlimə qeydiyyat ödənişsizdir.
Kursun reytinqi

Orta istifadəçi reytinqi 0.00(0)

Kursun kateqoriyası Tibb və Səhiyyə