İnformasiya Texnologiyaları

Komputer elmləri

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

Şəxsi inkişaf

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Pandemiya dövründə antenatal və postnatal xidmətlər

0.00(0)

Ümumi məlumat

Bu kursda izah edilən məlumatlar Royal Doğum və Ginekologiya Kollecinin (RCOG) yaxşı klinik təcrübəsinə və klinik qərarların qəbuluna kömək üçün tərtib etdiyi təlimata əsaslanır . Bu kurs hazırlanan zaman ən etibarlı sübutlara əsaslanmışdır və yeni sübutlar aşkarlandıqda mütəmadi olaraq yenilənəcək. Kurs 2 həftə, həftədə 2 saat olmaqla davam edəcək. Kursda mühazirə materialları, təqdimatlar, mövzuyla bağlı test sualları mövcuddur.

Kursun məqsədi

Bu kursda izah edilən təlimat və protokollar həkim və digər tibb işçiləri tərəfindən aparılan klinik diaqnostika, müdaxilə və müalicə planını əvəz etmir. Nəzərə alınmalıdır ki, COVİD-19-la və onun hamiləliyə təsiri ilə bağlı sübutlar sürətlə yenilənir və son məlumatlar və ən yaxşı təcrübələr bu kursdakı təqdimatlara daxil edilməyə bilər. Yerli klinik protokollardan və qaydalardan kənar hər hansı bir müvafiq qərar qəbul edildikdə, bunun xəstəlik tarixində (ambulator kartda) tam sənədləşdirilməsi tövsiyə edilir. Bu kurs koronavirus pandemiyasının inkişaf etdiyi dövrdə antenatal və postnatal qulluğu dəstəkləmək üçün (mama-ginekoloqlar və qadın məsləhətxanalarının digər işçiləri üçün) hazırlanmışdır. Bu kurs hamilə qadınların sosial məsafəsinin qorunması üçün yerli tövsiyələr nəzərə alınmaqla daimi antenatal və postnatal qulluğun hansı ünsürlərinin vacib olduğunu və hansıların isə dəyişdirilməsinin mümkün olduğunu göstərmək məqsədilə hazırlanmışdır.

Kursda əhatə olunan mövzular

1. Təhlükəsiz və operativ antenatal və postnatal qulluq xidmətinin təmin olunması. 2. Koronavirus pandemiyası dövründə antenatal qulluğun göstərilməsinin əsas prinsipləri 3. Antenatal görüşlərin dəyişdirilməsi sxemləri 4. Pasiyent üçün məlumat: Koronavirus (COVİD-19) infeksiyası və hamiləlik

Auditoriya

mama-ginekoloqlar və qadın məsləhətxanalarının digər işçiləri
Kursun səviyyəsi Yalnız tibb işçiləri üçün
Kursun müddəti 3 gün
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Kurs çərçivəsində təqdimatları izləmək, əlavə verilmiş ədəbiyyat siyahısında mütləq mütaliyə üçün olan məqalələri və digər materialları oxumaq və kursun sonunda test imtahanından ən azı 80% keçid balı toplamaq.
Kursun reytinqi

Orta istifadəçi reytinqi 0.00(0)

Kursun kateqoriyası Tibb və Səhiyyə