İnformasiya Texnologiyaları

Komputer elmləri

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

Şəxsi inkişaf

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

COVİD19 xəstələrində intubasiyanın xüsusiyyətləri

5.00(1)

Ümumi məlumat

COVID19 pandemiyası dövründə tibb işçilərinin koronavirus infeksiyası və ona nəzarətin təmin edilməsi, tibb müəssisələrində infeksiyaya yoluxmuş xəstələrin müayinə və müalicələrinin təşkili işinin qurulması və təkmilləşdirilməsi xüsusi önəm kəsb edir. Tibbi personalın COVİD19-a yoluxması riski çox yüksəkdir və müəyyən prosedurlar, o cümlədən, intubasiya və ekstubasiya tədbirləri aerozolizasiyaya səbəb olduğundan koronavirusun ötürülməsi riskini artırmış olur.

Kursun məqsədi

COVİD19 infeksiyası dönəmində tibbi personalın koronavirusa yoluxma riskinin minimizasiyası məqsədilə pasiyentlərin intubasiya və ekstubasiyası zamanı tətbiq olunması gərəkən infeksion nəzarət tədbirlərinə dair biliklərin mənimsənilməsi.

Kursda əhatə olunan mövzular

COVİD19 pozitiv və ya koronavirus infeksiyasına şübhə olan pasiyentlərdə intubasiya və ekstubasiyanın prinsipləri; COVİD19 infeksiyasının ötürülməsi riskinin minimizasiyası üzrə əməliyyatxanada, təcili yardım şöbələrində və palatalarda aparılan planlı və ya təxirəsalınmaz intubasiya və ekstubasiyalar zamanı profilaktik tədbirlər.

Auditoriya

bütün tibb işçiləri
Kursun səviyyəsi Mütəxəssislər üçün
Kursun müddəti 2 gün
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Kursu tamamlamaq üçün bütün mövzulara dair verilmiş video mühazirələri dinləmək, əlavə mütaliyət üçün materialları oxumaq və test imtahanında keçid balı və daha yuxarı bal toplamaq tələb olunur.
Kursun reytinqi

Orta istifadəçi reytinqi 5.00(1)

Kursun kateqoriyası Tibb və Səhiyyə