İnformasiya Texnologiyaları

Komputer elmləri

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

Şəxsi inkişaf

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

COVID19 İnfeksiyasının profilaktikası və nəzarətə götürülməsi

5.00(1)

Ümumi məlumat

Bu təlim kursu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və UNİCEF ilə əməkdaşlıqda və onların dəstəyi ilə Ümidli Gələcək İB tərəfindən həyata keçirilən "COVID19 pandemiyası dövründə ilkin səhiyyə xidməti və xəstəxanalarda ana və uşaqlara qayğı göstərən tibb işçilərinin infeksiyanın profilaktikası və nəzarətə götürülməsi, habelə risklərin kommunikasiyası sahəsində imkanlarının genişləndirilməsi" layihəsi çərçivəsində hazırlanmışdır.

Kursun məqsədi

Kursun əsas məqsədi COVİD19 pandemiyası dövründə tibb müəssisələri və onların əməkdaşlarının infeksiyanın profilaktikası və nəzarətə götürülməsi sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi, ən son elmi nailiyyətlərin nəticələri ilə onların tanış edilməsidir.

Kursda əhatə olunan mövzular

COVID19 infeksiyası haqqında mövcud bilgilər. Pandemiya dövründə risklərin kommunikasiyası. Tibb müəssisələri daxilində infeksiyanın yayılmasının profilaktikası və nəzarət tədbirləri. İcma daxilində infeksiyanın yayılmasının profilaktikası və nəzarət tədbirləri. Koronavirus-2 infeksiyasının erkən aşkarlanması və diaqnostikası. Tibbi işçiləri arasında COVİD19 infeksiyasının yayılmasının qarşısının alınması. Fərdi qoruyucu vasitələrin istifadəsi və təkrar istifadəsi qaydaları. Pediatrik COVİD19 xəstəliyinin diaqnostikası və menecmenti. Hamiləlikdə COVİD19 infeksiyasının profilaktikası və menecmenti.

Auditoriya

İlkin səhiyyə xidməti səviyyəsində, o cümlədən, qadın məsləhətxanaları və poliklinikaların tibb işçiləri, habelə ikinci və üçüncü səviyyə tibbi müəssisələrinin mütəxəssisləri. Mama-ginekoloqlar, neonatoloqlar, pediatrlar, ailə həkimləri, mamalar, tibb bacı və qardaşları
Kursun səviyyəsi Yalnız tibb işçiləri üçün
Kursun müddəti 3 ay
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Kurs ən azı 3 ay ərzində əlçatan olacaqdır. İlkin səhiyyə xidməti səviyyəsində, o cümlədən, qadın məsləhətxanaları və poliklinikaların tibb işçiləri, habelə ikinci və üçüncü səviyyə tibbi müəssisələrinin mütəxəssisləri bu müddət ərzində kursa yazılıb, mühazirələri dinləyib, təqdimatlara baxıb, yekun test imtahanına qatıla bilər. Test imtahanını uğurla (ən azı 80% düzgün cavablar) bitirmiş mütəxəssislər elektron sertifikat əldə edə biləcəklər. E-sertifikat onların profillərində əks olunacaqdır.
Kursun reytinqi

Orta istifadəçi reytinqi 5.00(1)

Kursun kateqoriyası Tibb və Səhiyyə