İnformasiya Texnologiyaları

Komputer elmləri

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

Şəxsi inkişaf

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

COVİD19 dövründə erkən hamiləlik xidmətləri

0.00(0)

Ümumi məlumat

Mama və Ginekoloqların Kral Kolleci (RCOG) bu təlimatı yaxşı klinik təcrübəyə və klinik qərar verməyə yardım olaraq hazırladı. Bu təlimat yazılan vaxtda mövcud olan ən yaxşı dəlillərə əsaslanır və rəhbərlik yeni sübutlar ortaya çıxdıqda mütəmadi olaraq nəzərdən keçiriləcəkdir. Bu təlimat həkim və ya digər səhiyyə mütəxəssisi tərəfindən edilən klinik diaqnostika, prosedur və ya müalicə planlarını əvəz etmək üçün nəzərdə tutulmamışdır. Unutmayın ki, COVID-19 üçün və onun hamiləlik və əlaqədar tibb xidmətlərinə təsirinə dair sübut bazası sürətlə inkişaf edir və ən son məlumatlar və ya ən yaxşı təcrübə bu sənədin indiki versiyasına daxil edilməyə bilər. RCOG tövsiyə edir ki, yerli klinik protokollardan və qaydalardan hər hansı bir kənarlaşmalar müvafiq qərar qəbul edildiyi anda pasiyentin sənədlərində tam qeydə alınmalıdır.

Kursun məqsədi

Bu təlimat, inkişaf edən COVID-19 pandemiyası zamanı erkən hamiləlik xidmətlərini dəstəkləmək üçün hazırlanmışdır. Burada, hansı yardım elementlərinə üstünlük verilməli və hamilə qadınların sosial təcrid olunması barədə milli tövsiyələr nəzərə alınmaqla erkən hamiləlik dövründə qayğıya nə kimi dəyişiklik edilməsi tövsiyə edir.

Kursda əhatə olunan mövzular

1. Erkən hamiləlik xidmətlərinə müraciət edən qadınların müayinəsi, 2. Düşük olan halların idarəetməsi. 3. Naməlum lokalizasiya ilə hamiləliyin idarə olunması. 4. Anti-D immunoprofilaktika 5. Hamiləliyin erkən toksikozu

Auditoriya

Mama-ginekoloqlar, terapevtlər, cərrahlar, pediatrlar və digər tibbi işçiləri
Kursun səviyyəsi Yalnız tibb işçiləri üçün
Kursun müddəti 1 ay
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Kurs 1 həftə, həftədə 2 saat olmaqla davam edəcək. Kursda mühazirə materialı, təqdimat, mövzuyla bağlı test sualları mövcuddur.
Kursun reytinqi

Orta istifadəçi reytinqi 0.00(0)

Kursun kateqoriyası Tibb və Səhiyyə