İnformasiya Texnologiyaları

Komputer elmləri

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

Şəxsi inkişaf

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Neyroradiologiya üzrə Təlim kursu

5.00(1)

Ümumi məlumat

Azərbaycan Tibb Universiteti və Uptodate İn Medicine birgə əməkdaşlığı ilə hazırlanmış bu elektron təlim kursunda dinləyicilərə COVİD19 pnevmoniyası, serebral zədələnmələr, baş beyin xəstəliklərində və degenerativ xəstəliklərdə radioloji müayinələrin aparılmasına göstərişlər, aparılması qaydaları və nəticələrinin interpretasiyası geniş müzakirə edilir. Kursun məzmunu Azərbaycanın və Türkiyənin tanınmış, geniş praktik və elmi təcrübəyə malik mütəxəssisləri tərəfindən video mühazirələr vasitəsilə çatdırılır.

Kursun məqsədi

COVİD-19 pnevmoniyası-radioloji yanaşma, COVİD-19 –Serebral zədələnmələrin radiodiaqnostikası, Beyin damar xəstəliklərinin radioloji görüntülənməsi, Medullyar kanal malformasiyalarında endovaskular müalicə və digər bu kimi aktual mövzularda tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasıdır.

Kursda əhatə olunan mövzular

Təlimdə aşağıdakı mövzular müzakirə ediləcək : COVİD-19 pnevmoniyası-radioloji yanaşma COVİD-19 –Serebral zədələnmələrin radiodiaqnostikası Beyin damar xəstəliklərinin radioloji görüntülənməsi Medullyar kanal malformasiyalarında endovaskular müalicə. Serebral travmalara radiodiaqnostik yanaşma. Mərkəzi sinir sisteminin törəmələrində müalicə öncəsi vizualizasiya Degenerativ xəstəliklər - müliacənin proqnozlaşdırılmasında radioloji dəyərləndirmənin rolu Baş beyin şişlərinin diaqnostikasında yeni üfüqlər: Nüvə Təbabəti. Epilepsiyanın diaqnostikasında neyrovizualizasiyanın rolu.

Auditoriya

Təlimdə radioloqlar, pulmonoloq , nevroloqlar , terapevtlər neyrocərrah iştirak edə bilərlər.
Kursun səviyyəsi Mütəxəssislər üçün
Kursun müddəti 4 gün
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Kursa yazılan müdavimlər bütün video mühazirələri dinləməli, təqdimatları izləməli və test suallarını ən azı 80% suallara düzgün cavab verməklə uğurla tamamlamalıdır.
Kursun reytinqi

Orta istifadəçi reytinqi 5.00(1)

Kursun kateqoriyası Tibb və Səhiyyə